Bakıda evə silahlı BASQIN:  başından vurub pul istədi
17 fevral 2023 10:40 (UTC +04:00)

Bakıda evə silahlı BASQIN: başından vurub pul istədi

Bakıda evə silahlı basqın olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə girən şəxsin pul tələb etməsi və əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.

Suraxanı rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2652
avatar

Oxşar yazılar