Bakıda evə BASQIN:  naməlum şəxslər kişiyə bıçaq çəkib...
25 mart 2023 13:32 (UTC +04:00)

Bakıda evə BASQIN: naməlum şəxslər kişiyə bıçaq çəkib...

Bakıda evə basqın olub.

Lent.az xəbər verir ki, hadisə martın 24-ü saat 16 radələrində Nizami rayonu R. Rüstəmov küçəsində qeydə alınıb. Naməlum şəxslər həmin binadakı 54 saylı binanın 5-ci blokunun 3-cü mərtəbəsində yaşayan Qasımov Sənan Gündüz oğlunu bıçaqla hədələyiblər. Daha sonra onlar S. Qasımovun 300 manatlıq "Xiaomi Redmi Note" markalı telefonunu alaraq, qaçıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırm aparılır.

# 3978
avatar

Mehman Nəbiyev

Oxşar yazılar