Bakıda kişi arvadını bıçaqlayıb.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Abdurəhimov Pərvin Mahmud oğlu onunla eyni ünvanda kirayədə yaşayan arvadı Abdurəhimova Ramilə Ehramanovnaya evdə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.