Bakıda ƏMƏLİYYAT:  saxlanılanlar var
13 may 2026 11:20 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: saxlanılanlar var

0

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxt və ətraf ərazilərdə keçirilən tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıblar.

Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslərin Bakı və Sumqayıt şəhərlərində narkokuryerlik etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar