Bakıda DƏHŞƏTLİ QƏTL:  Arvadını öldürüb   görün sonra nə etdi
12 yanvar 2024 00:06 (UTC +04:00)

Bakıda DƏHŞƏTLİ QƏTL: Arvadını öldürüb görün sonra nə etdi

Yanvarın 11-i saat 20 radələrində 50 yaşlı  Pərvanə Zeynalovanın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində  öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib.

Aparılan araşdırma zamanı 54 yaşlı Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9036
avatar

Oxşar yazılar