Bakıda törədilən qətlin üstü açılıb.
Xətai rayon prokurorluğundan Lent.az-a verilən məılumata görə, qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Oktyabrın 17-də 52 yaşlı Arif Fətəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 39 yaşlı Elməddin Fətəliyevin Xətai rayonu NZS qəsəbəsi ndə yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı əmisi Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elməddin Fətəliyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
saat 16:20
Oktyabrın 17-də saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.