Bakıda DƏHŞƏT:  əmisi oğlunu öldürdü - YENİLƏNİB
13 oktyabr 2023 13:46 (UTC +04:00)

Bakıda DƏHŞƏT: əmisi oğlunu öldürdü - YENİLƏNİB

Oktyabrın 13-ü saat 12 radələrində 35 yaşlı Elməddin Hüseynovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla 39 yaşlı Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nəsimi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***
Saat: 13:19

Oktyabrın 13-də saat 12:30-da Sabuçu rayonu Bakıxanov qəsəbəsində 35 yaşlı Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 39 yaşlı Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hadisə şəxsi münasibətlər zəminində olub. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8544
avatar

Oxşar yazılar