Bakıda DƏHŞƏT:  Arvadını öldürdü
02 noyabr 2023 08:26 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Arvadını öldürdü

Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məıumata görə, hadisə bu gün səhər saat 7 radələrində Binəqədi rayonu yeni yaşayış massivində yerləşən evlərdən birində qeydə alınıb.

Orada yaşayan, 37 yaşlı Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 42 yaşlı Qasımov Qədir Tahir oğlu saxlanılıb. 

Araşdırma aparılır.
 

# 6348
avatar

Oxşar yazılar