Bakıda böyük ƏMƏLİYYAT:  61 nəfər saxlanıldı - VİDEO
06 sentyabr 2023 15:04 (UTC +04:00)

Bakıda böyük ƏMƏLİYYAT: 61 nəfər saxlanıldı - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 26 yaşlı Ceyhun Hüseynov və 44 yaşlı Zakir Əhmədov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşlarının avqust ayında keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı 9 fakt aşkar edilib.

Qeyd edilən hallarla bağlı 61 nəfər saxlanılaraq barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslərdən 8 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4644
avatar

Oxşar yazılar