Bakıda bir nəfərə bıçaq çəkib  hər şeyini əlindən aldılar
09 oktyabr 2024 13:23 (UTC +04:00)

Bakıda bir nəfərə bıçaq çəkib hər şeyini əlindən aldılar

Oktyabrın 7-də Qaraçuxur qəsəbəsi ərazisində bir nəfərin kəsici alətlə hədələnərək mobil telefonunun sındırılması, elektrik qidalandırıcısının talanması və mopedinə ziyan vurulması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı İ.Səlimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591
avatar

Oxşar yazılar