Bakıda həyat yoldaşınıı qətlə yetirməkdə ittiham olunan Zöhrab Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Lent.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.
Dövlət ittihamçısı çıxışında Zöhrab Quliyevə 10 il 6 ay həbs istəyib. Məhkəmənin yekun qərarı ilə o, 9 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 40 yaşlı Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 46 yaşlı Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Zöhrab Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.