Bakıda 45 yaşlı kişi küçədə sevgilisini   döyüb dodağını partlatdı  - SƏBƏB
04 oktyabr 2025 13:25 (UTC +04:00)

Bakıda 45 yaşlı kişi küçədə sevgilisini döyüb dodağını partlatdı - SƏBƏB

0

Bakıda kişi küçədə sevgilisini döyüb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsinin Ə. Məmmədov küçəsində qeydə alınıb.

45 yaşlı Ənvər Mikayılov (ad və soyad şərtidir) küçədə sevgilisi ilə söhbət edərkən qadın onunla kobud danışıb. Həmçinin Ənvərə qarşı nalayiq ifadələr işlədib. Bu səbəbdən əsəbiləşən Ənvər qadının üzünə bir neçə dəfə şillə vuraraq, onun dodağını partladıb. Nəticədə qadın həkimə müraciət etməli olub.

Bu hadisə ilə əlaqədar Ənvər Mikayılov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb. Məhkəmə istintaqı zamanı zərərçəkən təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib. Hər iki tərəf cinayət işinə xitam verilməsini xahiş edib.

Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Ənvər Mikayılov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar