Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi Mərkəzi Binəqədi adlanan ərazidə baş verib. 24 yaşlı Qurbanov Qurban Vüqar oğlu tanımadığı bir nəfər şəxslə aralarında yaranmış mübahisə zəminində qarnından bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.