Masallıda saxlanılan narkokuryerdən 15 kiloqramdan artıq heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xaricdən göndərilən külli miqdarda narkotikin ölkə ərazisində satışını təşkil etməli olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov saxlanılıb.
Baxış zamanı ona məxsus torbadan ayrı-ayrı bükümlərdə 15 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı həmin narkotik vasitənin ona satışı təşkil etməsi üçün xaricdə yaşayan narkotacir tərəfindən göndərildiyi müəyyən edilib.
Masallı rayon Polis Şöbəsi əməkdaşkarının keçirdiyi digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayonun Banbaşı kənd sakini Şahin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır