Baba yeni doğulan nəvəsinin başını əzib öldürdü
16 oktyabr 2024 15:00 (UTC +04:00)

Baba yeni doğulan nəvəsinin başını əzib öldürdü

Rusiyanın Yekaterinburq şəhərində baba yeni doğulan nəvəsini vəhşicəsinə qətlə yetirib. Körpə cəmi bir ay yarımlıq olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə ötən gecə İnjenernaya küçəsindəki mənzildə baş verib. 45 yaşlı Dmitri Kuçin uşağı vəhşicəsinə döyərək başını əzib. Sonra hadisə yerindən qaçıb.

Tezliklə Kuçin yaxınlıqdakı küçədə saxlanılıb. Məlumata görə, o, körpənin başını yerə çırpıb. Hazırda hadisə yerində çoxlu polis əməkdaşı var.

Saxlanılan şəxsin üç övladı var. Ölən körpə ən böyük oğlu Andreyin övladı imiş. Bütün ailə bir mənzildə yaşayıb. Nənə uşaq bağçasında baxıcı, əri tikintidə fəhlə işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066
avatar

Oxşar yazılar