Rusiyanın Arxangelsk vilayətində azərbaycanlı oğlan 39 yaşlı qadına küçədə təcavüz edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, zorlama hadisəsi iyunun 16-na keçən gecə Qaluşina küçəsində baş verib. İstintaq Komitəsinin məlumatına görə, 28 yaşlı oğlan sərxoş halda tanımadığı qadını təqib edib.
- Qadın qaçmaq istəyərkən yerə yıxılıb. Təqsirləndirilən şəxs onun müqavimətini boğub və təcavüz edib. Zərərçəkmiş dərhal polisə şikayət ərizəsi ilə müraciət edib və bu, şübhəli şəxs qısa müddətdə saxlanılıb - deyə idarədən bildiriblər.
Azərbaycanlı hazırda həbsdədir və məhkəməni gözləyir. Faktla bağlı Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsi ilə (zorlama) cinayət işi başlanıb. Onu 6 ilə qədər həbs gözləyir.