Azərbaycanlı boksçunu barda döyüb,  dişini qırdılar - HADİSƏ ANI
24 oktyabr 2024 17:36 (UTC +04:00)

Azərbaycanlı boksçunu barda döyüb, dişini qırdılar - HADİSƏ ANI

Azərbaycanlı boksçu Cavid Rzayev Rusiyada döyülüb.

Lent.az yerli teleqram kanallarına istinadla bildirir ki, hadisə Moskva şəhərindəki barlardan birində baş verib. Məlumata görə, onunla dalaşan şəxs Danil Sidirovdur. İddialara əsasən, o, azərbaycanlı döyüşçüyə rus millətini təhqir etdiyi üçün xəsarət yetirib.

Yumruq zərbələri nəticəsində Cavid Rzayevin dişi çıxıb.

Qeyd edək ki, boksçu bu ilin iyun ayında bir döyüşçünü təhqir etdiyi üçün Boks Federasiyası tərəfindən ömürlük idmandan uzaqlaşdırılıb.

Rzayevin özü bildirib ki, dostları ilə dincələrkən qəfil həmin şəxs onunla rastlaşıb və yumruq zərbələri endirməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2487
avatar

Mehman Nəbiyev

Oxşar yazılar