Azərbaycanın İnterpola verdiyi şəxs Türkiyədə saxlanıldı
31 avqust 2024 10:56 (UTC +04:00)

Azərbaycanın İnterpola verdiyi şəxs Türkiyədə saxlanıldı

Türkiyədə beynəlxalq axtarışda olan 25 nəfər saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İnterpolin yerli şöbəsi və bir neçə polis qurumları tərəfindən Antalya, Bursa, İstanbul, İzmir, Mersin, Sakarya, Samsun ve Trabzonda əməliyyatlar keçirilib. Nəticədə aralarında Azərbaycan da olmaqla 18 ölkənin qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 25 nəfər saxlanılıb.

Saxlanılanların cinayətkar qruplaşma yaratma, narkotik ticarəti, qəsdən adam öldürmə, şəxsi azadlığından məhrum etmək, rəsmi sənədlərdə saxtakarlıq etmək, dələduzluq, çirkli pulların yuyulması və insan alverində təqsirli bilindikləri qeyd olunub.

Məlumata görə, həmin əcnəbilərin ölkələrinə təhvil verilməsi üçün işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185
avatar

Mehman Nəbiyev

Oxşar yazılar