Azərbaycanda məktəblilər arasında  QAN DÜŞDÜ:   2 şagird...
06 aprel 2021 14:14 (UTC +04:00)

Azərbaycanda məktəblilər arasında QAN DÜŞDÜ: 2 şagird...

Cəlilabadda məktəbdə bıçaqlanma olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhərdə yerləşən 2 saylı tam orta məktəbdə baş verib. Aralarında yaranmış mübahisə zamanı 8-ci sinif şagirdi N.H 9-cu sini şagirdləri olan X.Ə və V.A-nı bıçaqlayıb.

Məktəblilərə dəyən bıçaq zərbələrinin daxilə nüfuz etmədiyi bildirilir. Onlara şəhər xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

# 5235
avatar

Mehman Nəbiyev

Oxşar yazılar