Ağstafada quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə ötən il dekabrın 18-də şəhər ərazisində baş verib. Evlərin birinə girən maskalı 2 nəfər ev sahibəsini bıçaqla hədələyərək 250 manat pulunu, qızıl üzüyünü və sırğasını quldurluq yolu ilə əlindən alıblar.
Bu barədə Ağstafa rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Pərviz Yolçuyev və Ümid Zeynalov müəyyən olunaraq saxlanılıblar.