Tovuzda meyiti tapılan qadınla bağlı yeni faktlar ortaya çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Hacallı kənd sakini 61 yaşlı Hüseynova Valya Murğuzalı qızı fevralın 19-u saat 16 radələrində qonşuya getmək adı ilə evdən çıxıb. Bundan sonra ondan xəbər olmayıb.
Fevralın 21-i saat 14 radələrində isə V. Hüseynovanın meyiti yaşadığı evin yaxınlığında, təpəlik ərazidə tapılıb.
Meyitə baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda faktla bağlı araşdırmalar aparılır.