Həbsxanada məhkumun ölümü ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın soruğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin bu il fevralın 28-də ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.