Azərbaycan mafiyasının daha bir üzvü tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
03 noyabr 2023 16:54 (UTC +04:00)

Azərbaycan mafiyasının daha bir üzvü tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Sankt-Peterburqda yoldan keçənlərə hücum edənlərin daha bir üzvü saxlanılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, FSB və Mərkəzin “E” əməkdaşları bir gün əvvəl Dağıstandan olan 18 yaşlı oğlanı saxlayıblar.

İstintaq Komitəsi həbsdən sonra çəkilmiş videonu nümayiş etdirib. Şübhəli şəxs döyülmə videosunun iştirakçıları arasında olduğunu təsdiqləyir və “ona ovucu ilə bir dəfə vurduğunu” bildirir. İdarədən qeyd edilib ki, saxlanılan şəxs barəsində cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Qeyd edək ki, bundan əvvəl özünü “Azərbaycan mafiyası” adlandıran dəstənin çoxu azyaşlı olan 11 üzvü həbs edilib. Təqsirləndirilənlər arasında Azərbaycan və Tacikistan vətəndaşları da var.

# 7923
avatar

Oxşar yazılar