Sankt-Peterburqda yoldan keçənləri döyərək videoya çəkən “Azərbaycan mafiyası”nın daha dörd üzvü müəyyən edilib.
Lent/az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verilib.
Gənclərə qarşı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi (“Xuliqanlıq”) ilə cinayət işi açılıb. İki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
İstintaqın versiyasına görə, bir qrup gənc ictimai asayişi kobud şəkildə pozaraq, yerli sakinlərə hücum edib və küçələrdə dava salıblar.
Bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin özünü “Azərbaycan mafiyası” adlandıran azərbaycanlı mühacirlər tərəfindən yoldan keçənlərin döyülməsini əks etdirən internetdə yayılan videoları yoxlamağı əmr edib. Daha sonra bir qrup gənc saxlanılıb.