Axtarışda olan 202 nəfər saxlanıldı
14 fevral 2024 10:21 (UTC +04:00)

Axtarışda olan 202 nəfər saxlanıldı

Fevralın 13-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 233, o cümlədən borclu şəxs qismində axtarışda olan 202 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

# 3612
avatar

Sevinc Fərid

Oxşar yazılar