Atasının  qətlini sifariş verən   Fəqan Fərəcova hökm oxundu
06 avqust 2025 17:47 (UTC +04:00)

Atasının qətlini sifariş verən Fəqan Fərəcova hökm oxundu

Atasının qətlini sifariş verməkdə təqsirləndirilən Fəqan Fərəcov, onunla birgə mühakimə olunan, tanışları İlkin Hüseynov və Fariz İsmayılovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fəqan Fərəcov 8 il, İlkin Hüseynov 8 il, Fariz İsmayılov isə 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə ittiham edilib. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar