"Çelsi"də daha bir təmizlənmə:  Doqquz oyunçu əsas komandadan  çıxarıldı 
06 avqust 2025 13:17 (UTC +04:00)

"Çelsi"də daha bir təmizlənmə: Doqquz oyunçu əsas komandadan çıxarıldı 

Transfer pəncərəsi bağlanana qədər 9 futbolçunun “Çelsi”dən ayrılacağına zəmanət verilir. 

Lent.az-ın xəbərinə görə, “Sun Sport” məlumatı onunla əsaslandırır ki, futbolçular klubun rəsmi saytında əsas komandanın oyunçuları siyahısından çıxarılıb. Yoxlanılıb - doğrudur. İnanmırsınız? Özünüz baxın.

“Sun Sport”a güvənmək avanyüradır. Ancaq bu doqquz oyunçu, hər şeyə baxanda, bir daha mavi köynəklə meydanda olmayacaq:

• Rahim Sterlinq;

• Ben Çiluell;

• Karni Çukvuemeka;

• Armando Broya;

• Lesli Uqoçukvu;

• Aksel Disasi;

• Renato Veyqa;

• Alfi Qilkrist;

• David Fofana.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302

Oxşar yazılar