Ata qızını öldürdü,  oğlunu yaraladı
17 oktyabr 2023 15:46 (UTC +04:00)

Ata qızını öldürdü, oğlunu yaraladı

Türkiyədə ata qızını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ağrı rayonu Aktepe kəndində baş verib. Evdə ata C.T. ilə 3 oğlu arasında mübahisə yaşanıb. Onun qızı 20 yaşlı D.T. atası ilə qardaşlarını sakitləşdirmək üçün müdaxilə edib. Lakin bu vaxt ata əlindəki silahdan oğluna atəş açıb.

Bu zaman oğlu E.T. ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib. Ailənin qızı D.T. isə ölüb.

Hadisə yerinə gələn polislər ata və 2 oğlunu saxlayıblar, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4311
avatar

Oxşar yazılar