Ata ondan pul istəyən oğlunu öldürdü - YENİLƏNİB
12 oktyabr 2023 12:19 (UTC +04:00)

Ata ondan pul istəyən oğlunu öldürdü - YENİLƏNİB

Türkiyədə atanın oğlunu öldürməsinin səbəbi məlum olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə hadisəni törədən Nurettin O. polisə verdiyi ifadəsində bildirib. Onun sözlərinə görə, oğlu mütəmadi olaraq ondan pul istəyirmiş:

"Oğlum işləmirdi. Daim məndən pul istəyirdi. Bu səbəblə tez-tez aramızda münaqişə yaranırdı. Çox vaxt o, məni döyürdü. Artıq bezmişdim".

Nurettin O. barəsində həbs-qətimkan tədbiri seçilib, araşdırma aparılır.

***
11.10.2023

Saat: 10:41

Türkiyədə ata oğlunu öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhəri Seyhan qəsəbəsində baş verib. Serhat O. mühafizəçi işləyən atası Nurettin O.-nun yanına gedib. Burada ata-oğul arasında naməlum səbəbdən mübahisə yaşanıb.

Mübahisə zamanı ata velosiped üzərində olan oğlunu ov tüfəngi ilə güllələyib. Hadisə yerinə gələn həkimlərin oğlanın öldüyünü bildiriblər.

Cinayəti törədən ata saxlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6567
avatar

Oxşar yazılar