Ata ögey qızını döyüb öldürdü
07 dekabr 2023 16:26 (UTC +04:00)

Ata ögey qızını döyüb öldürdü

Pervouralskda ögey atası tərəfindən döyülən 2 yaşlı qız ölüb. Ana əvvəlcə polisi qızının sürüşmədən yıxıldığına inandırıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, körpənin ölümünü anası 23 yaşlı Viktoriya açıqlayıb. Uşağın bədənində çoxlu sıyrıqlar və qançırlar aşkarlanıb. Qadın əvvəlcə bunların uşağın yıxılması nəticəsində yarandığını bildirib. O, uşağın özünü yaxşı hiss etdiyi üçün zədədən sonra xəstəxanaya getmədiklərini söyləyib.

Daha sonra o, qızının bədənindəki izlərin necə yarandığını etiraf edib. Məlum olub ki, həmin xəsarət izlərini 27 yaşlı ögey atası qoyub. Cinayətkar avqust ayından onlarla birlikdə yaşayır.

İstintaq Komitəsi həm anaya (qəddar rəftar), həm də ərinə (qətl) qarşı iş açıb. Ögey atanın oğurluq və avtomobil oğurluğu da daxil olmaqla yeddi məhkumluğu var.

Viktoriyanın daha 2 övladı var: 4 yaşlı oğlan və hələ ki, 1 yaşı olmayan qız. Onlar uşaq sığınacağına yerləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4905
avatar

Oxşar yazılar