Arvadını yuxudan oyadıb bıçağı ürəyinə sancdı - Bakıda qısqanc ərin ŞOK CİNAYƏTİ
13 fevral 2023 20:15 (UTC +04:00)

Arvadını yuxudan oyadıb bıçağı ürəyinə sancdı - Bakıda qısqanc ərin ŞOK CİNAYƏTİ

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il sentyabrın 6-da 3 saylı şəhər Kliniki Xəstəxanasının tibb bacısı, 1991-ci il təvəllüdlü Günay Yusubova ürəkyindən bıçaqlanır.

Polis əməkdaşlarının araşdırmaları nəticəsində məlum olur ki, hadisə Pirşağı qəsəbəsi, Bağlar massivində yerləşən 568 saylı evdə baş verib. Baxış zamanı hadisə yerindən cinayətin aləti olan mətbəx bıçağı götürülüb.
 
Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanılan cinayət işi bir neçə gündən sonra istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilir.

İstintaq fotosu

Lent.az hadisənin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, 1981-ci il təvəllüdlü Ağa Yusubov rəsmi nikahda olduğu arvadı Günay Yusubovanın xəyanət etməsini bəhanə gətirməklə, heç bir əsaslı səbəb olmadan qəsdən onu öldürmək qərarına gəlib. Sentyabrın 6-ı səhət saat 6 radələrində evin qonaq otağında, divanda övladları ilə birlikdə yatan yoldaşını yuxudan oyadaraq, sinəsinə bıçaqla ilk zərbəni endirib. Qadının qışqırıq səsinə, yanında yatan azyaşlı oğlu və qızı oyanaraq, ağlamağa başlayıblar. Ağa uşaqlarının gözləri önündə arvadının bədəninin müxtəlif nahiyyələrinə daha 5 zərbə endirib. Zərbələrin təsirindən bıçağın tiyəsi əyilib. Anası gəlib ona mane olduğu üçün yoldaşı otaqdan qaçıb. Günay Yusubova anası və hadisə yerinə gəlmiş digər şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırılıb və ölümdən xilas edilib.

İş üzrə dindirilmiş Ağa Yusubov bildirib ki, 2012-ci ildə Günay Yusubova ilə evlənib, nikahdan 2 övladları dünyaya gəlib. 2002-ci ildən narkotik vasitə olan marixuanadan istifadə edib:

Ağa Yusubov

“Bununla əlaqədar bir neçə dəfə müalicə olunmuşam. Son 5 ildir ki, ailə münaqişələrimiz yaranıb. Mübahisələrimizə Günayı qısqanmağım səbəb olurdu. Qadının mənə xəyanət etməsindən şübhələnsəm də, bununla bağlı heç bir sübutum olmayıb. 2021-ci il sentyabrın 5-də evdə söhbət edərkən Günay “növbəti gün qayınanasının ad günü olmasını və uşaqları ilə birlikdə ona sürpriz edəcəklərini” dedi. Arvadımın xəyanət etməsindən şübhələndiyim üçün “sürpriz” sözünü bu tərzdə deməyi məni narahat etdi. Düşünüb, həmin sözdən belə nəticəyə gəldim ki, övladlarımın atası mən yox, başqasıdır. Bütün gecəni yata bilmədim. Səhər saat 6 radələrində yatağımdan qalxıb mətbəxə keçdim və bıçağı götürərək, arvadımı yuxudan oyatdım. Sübh tezdən nə üçün onu oyatdığımı soruşanda, Günaydan ötən gün “sürpriz” sözünü nə üçün dediyini soruşdum. Sualıma cavab verməyən yoldaşım, divanda yatan övladlarının üstünü örtməyə başladı. Əsəbimdən bıçaqla Günayın sinəsinə zərbə vurdum. 2-ci zərbəni həmin istiqamətdə vuranda, kəsici alət əyildi. Otağa tələsik girən anam məni itələdi, arvadım ayağa qalxaraq, otaqdan qaçdı. Hirsim soyumadığından, mətbəxə keçib başqa bıçaq götürəndə, anam ardımca gələrək, aləti yerə qoymağımı tələb etdi. Həmin gün polis əməkdaşları evə gələrək, məni 15-ci bölməyə apardılar”.
 
Zərərçəkmiş şəxs qismində dindirilmiş Yusubova Günay ifadəsində göstərib ki, narkotik vasitələrdən istifadə edən ərinin psixologiyası pozulub, aqressiv olub, əsassız olaraq onu qısqanıb:

Günay Yusubova

“Sentyabrın 6-da ailəvi olaraq qayınanamın ad gününü qeyd etməyi planlaşdırdıq. Övladlarımla divanda yatarkən saat 6 radələrində Ağanın məni əli ilə silkələyib oyatmaq istədiyini hiss etdim. Yuxudan oyandım, nə istədiyini soruşanda ərim üstümə çıxıb əlindəki bıçaqla sinəmə zərbə endirdi. Qışqırıq səsimə uşaqlarım yuxudan oyandılar. Ardınca Ağa 2-ci zərbəni vurdu. Bıçağı sinəmdən dartıb çıxaranda, tiyəsi əyilsə də ərim dayanmadan bədənimin müxtəlif nahiyələrinə xəsarətlər yetirməkdə davam etdi. Qayınanam otağa daxil oldu, oğlunun qarşısına keçərək, mənə qaçmağımı bildirdi.

Darvazaya tərəf qaçarkən, ərim arxamca gəldi. Saçımdan tutub məni həyətdən küçəyə çıxmağa qoymadı. Qayınanam qışqıraraq, qonşuları köməyə çağırdı və Ağaya mane olmağa çalışdı. Səs-küyə gələn qonşularım Lətif Aslanov məni ayağa qaldırdı və küçədə dayanan bir avtomobilə otuzdurub sürücüdən xəstəxanaya sürməsini xahiş etdi. Sabunçu Tibb Mərkəzində həkimlər ilk yardım göstərəndən sonra, məni 3 saylı xəstəxanaya apardılar”.

Günay Yusubova əlavə edib ki, yoldaşı çox güman ki, narkotik vasitənin təsiri altında olduğu üçün onu qətlə yetirmək istəyib. Əgər Ağanın əlindəki bıçaq əyilməsəydi və qayınanası ilə qonşuları köməklik göstərməsəydilər, ərinin məqsədi onu öldürmək idi.

İstintaq fotosu
 
Respublika Narkoloji Mərkəzindən daxil olan məktuba əsasən, Ağa Yusubov kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə 2020-ci ilin sentyabr ayında mərkəzdə, stasionar müalicədə olub.
   
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağa Yusubov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10293
avatar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45