Arvadını uşaqların gözü önündə amansızlıqla ÖLDÜRDÜ
25 noyabr 2023 15:38 (UTC +04:00)

Arvadını uşaqların gözü önündə amansızlıqla ÖLDÜRDÜ

Türkiyədə ər arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çankırı şəhəri Aksu məhəlləsində baş verib. 3 uşaq sahibi olan Y.G. ilə K.G. arasında naməlum səbəbdən münaqişə yaşanıb. Münaqişə zamanı Y.G. arvadını uşaqlarının gözü önündə bıçaqlayıb.

Uşaqların qışqırıqlarını eşidən qonşular təcili tibbi yardım və polisə xəbər veriblər. Hadisə yerinə gələn həkimlər qadının öldüyün müəyyən ediblər.

Cinayəti törədən ər isə saxlanılıb. Araşdırma aparılır.

# 4215
avatar

Oxşar yazılar