Türkiyədə kişi arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuqlu qəsəbəsində baş verib. Avtomobildə Bəkir Durmaz ilə arvadı Elif Durmaz arasında naməlum səbəblə mübahisə yaranıb.
Mübahisə getdikcə böyüyüb və ər arvadına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra arvadının meyiti ilə polis şöbəsinə gedərək təslim olub.
Cinayətkar saxlanılıb, araşdırma aparılır.