Arvadından küsüb evə getməyən 5 uşaq atasının meyiti tapıldı
05 sentyabr 2024 13:16 (UTC +04:00)

Arvadından küsüb evə getməyən 5 uşaq atasının meyiti tapıldı

Türkiyədə kişi avtomobilində ölü halda tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa rayonunun Yunusemre qəsəbəsində baş verib. 4 gündür arvadı ilə küsülü olduğu üçün evə getməyən 57 yaşlı Ömər Yılmaz məhəllədə avtomobilində gecələyib.

Bir gün sakinlər avtomobildən pis qoxu gəldiyini hiss edərək xilasetmə əməkdaşlarına məlumat veriblər. Kişi avtomobildən çıxarılıb və gələn təcili tibbi yardım əməkdaşları onun öldüyünü müəyyən ediblər.

5 uşaq atası olan mərhumun hansı səbəblə öldüyünü müəyyənləşdirmək üçün meyit ekspertiza şöbəsinə aparılıb.

Hadisə yerinə gələn Ömər Yılmazın arvadı infarkt keçirib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837
avatar

Oxşar yazılar