Türkiyədə arvadı ilə dalaşan kişi özünü bıçaqlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Burdur şəhərində baş verib. 22 yaşlı E.A. evdə arvadı ilə mübahisə etdikdən sonra əsəbdən infarkt keçirib. Daha sonra o, bıçaqla öz qarnını deşərək bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma aparılır.