Arvad maaş üstündə  ərini öldürdü
26 sentyabr 2024 18:54 (UTC +04:00)

Arvad maaş üstündə ərini öldürdü

Rusiyanın Nijni Novqorod vilayətində qadın ərini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisəyə səbəb kişinin arvadını az maaş almasına görə qınaması olub.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs sentyabrın 25-də Vatutina küçəsindəki mənzildə olarkən əri ilə münaqişə zəminində onun ürəyinə bıçaq xəsarəti yetirib. Zərərçəkən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Qətl” maddəsi ilə iş başlanıb.

Rusiya İstintaq Komitəsi bildirib ki, qadın saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4125
avatar

Oxşar yazılar