Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutulan şəxsin digər cinayətləri üzə çıxıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun anasının evindən 850 manat pul, qızıl boyunbağı, 2 ədəd xalça, su qızdırıcısı və qab-qacaq oğurlaması da müəyyən edilib.