Moskva oğul anasını öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə avqustun əvvəlində Biryulevskaya küçəsindəki mənzillərdən birində baş verib. Anasını döyərək öldürən oğul cəsədi başqa otağa sürüyərək üç həftə orada saxlayıb. Bundan sonra o, meyiti linoleuma büküb, başını gövdəndən ayıraraq iki çuxurda basdırıb.
Faktla bağlı şübhəli şəxs saxlanılıb, cinayət işi açılıb.
Həmçinin müəyyən edilib ki, həmin şəxs əvvəllər də məişət münaqişəsi zəminində anasını dəfələrlə döyüb.