Türkiyədə gənc oğlan anası ilə eşq yaşayan kişini öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Afyonkarahisarın Dinar qəsəbəsinə aid olan Tatarlı ərazisində qeydə alınıb. Burada kirayədə yaşayan Taner C. və ev sahibi Yüksel K. arasında münaqişə yaşanıb. Münaqişə zamanı Taner C. ev sahibini odlu silahdan atəş açaraq öldürüb. Daha sonra öz evinə gedən gənc eyni silahla başına atəş açaraq, intihar edib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Taner C.-nın anası 55 yaşlı S. C. ev sahibi Yüksel K. ilə aralarında sevgi münasibəti olduğunu və oğlunun bunu öyrəndiyi üçün qətl törətdiyini deyib.