Ana oğlunu və qızını öldürmək üçün  "killer" tutdu
11 iyul 2023 14:41 (UTC +04:00)

Ana oğlunu və qızını öldürmək üçün "killer" tutdu

Krasnoyarskda qadın oğlu və qızı üçün 160 min rubla “qatil” kirayələyib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Krasnoyarskda 67 yaşlı qadınla bir qızı və bir oğlu arasında münaqişə baş verib. Aprel ayında qadın onların əmlakına sahib çıxmaq istəyərək cinayət törətmək qərarına gəlib. Qadın cinayət məsuliyyətindən qaçmaq üçün dostundan killer tapmasını xahiş edib. Bunun müqabilində pul mükafatı olaraq müştəri qatilə 160 min rubl vəd edib.

Amma təqaüdçünün dostu onun təklifi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşlarına məlumat verib. Daha sonra asayiş keşikçiləri işi nəzarətə götürərək qadının hərəkətlərini müşahidə etməyə başlayıblar.

Aprelin 19-da polisin nəzarəti altında olan vasitəçi Odesskaya küçəsindəki parkda yaşlı qadınla sifarişi götürdüyü iddia edilən “qatil” arasında görüş təşkil edib. Özü də ona qəza törətməyi və ya onların yoxa çıxmasını təklif edib. Mayın 3-də “icraçı” təqsirləndirilən şəxsin qızının qətlini səhnələşdirib və anasını onun ölümcül xəsarətlər aldığına inandırıb. “İcraçı”nın əlində qızının çantasını görən qadın həmin gün ona 80 min rubl verib, sonra isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Dindirilmə zamanı təqsirkar ana öz günahını tamamilə etiraf edib. Hazırda istintaq yekunlaşıb və materiallar yaxın vaxtlarda prokurora və məhkəməyə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

Oxşar yazılar