Başqırdıstanda 22 yaşlı qadın içki içməsinə mane olan 1 yaşlı uşağını bıçaqlayıb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, hadisə Priyutovo kəndində baş verib. Qadın içki içdiyi zaman körpə oğlu yata bilmədiyi üçün ağlayıb. Oğlundan bezən ana bıçaqla ona hücum edərək, qarnına xəsarət yetirib. Küçəyə çıxan qadın yoldan keçəndən təcili yardım çağırmasını istəyib.
Gələn həkimlər uşağı xəstəxanaya apararaq, əməliyyat ediblər. O, hazırda qarın nahiyəsində yaralar, beyin silkələnməsi və hematoma ilə reanimasiyadadır.