Vladivostokda evdə dörd yaşlı uşağın bıçaq xəsarətləri ilə tapılması ilə bağlı cinayət işi açılıb.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Primorsk ərazisi üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İdarədən verilən məlumata görə, oktyabrın 31-də Demyan Bednı küçəsindəki evlərdən birində qarın nahiyəsində bıçaq xəsarətləri olan azyaşlı oğlan meyiti aşkarlanıb. Cinayətdə uşağın 45 yaşlı anası şübhəli bilinib.
İstintaqın məlumatına görə, oktyabrın 31-nə keçən gecə qadın yatmış oğlunu bıçaqla vurub. Onun psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
Hazırda araşdırma aparılır.