Ağsuda yeniyetmə bıçaqlandı, iki nəfər tutuldu
22 fevral 2025 10:52 (UTC +04:00)

Ağsuda yeniyetmə bıçaqlandı, iki nəfər tutuldu

Ağsuda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

16 yaşlı M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir  yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764

Oxşar yazılar