Ağsuda gənc oğlan həmkəndlisini BIÇAQLADI
25 noyabr 2023 09:32 (UTC +04:00)

Ağsuda gənc oğlan həmkəndlisini BIÇAQLADI

Ağsuda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qəşəd kəndində baş verib. Kənd sakini olan 21 yaşlı Qadir Allahverdiyev həmkəndlisi və həmyaşıdı Ümid Mehdiyevi bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Q.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.

# 3492
avatar

Mehman Nəbiyev

Oxşar yazılar