Ağcabədidə kəndlilərin davası QANLA BİTDİ
18 sentyabr 2024 09:48 (UTC +04:00)

Ağcabədidə kəndlilərin davası QANLA BİTDİ

Ağcabədidə bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə bu gecə saat 3  radələrində Aşağı Qiyamadınlı kəndinin ərazisində baş verib.

Kənd sakini 22 yaşlı Nahid Mübariz oğlu Həsənov münaqişə zəminində həmkəndlisi 40 yaşlı Nicat Fərman oğlu Məmmədovun qarnına bıçaqla xəsarət yetirib.

N.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar