Abşeronda ŞOK OLAY:  müştəri pul əvəzinə bıçaq çıxartdı
29 mart 2025 12:35 (UTC +04:00)

Abşeronda ŞOK OLAY: müştəri pul əvəzinə bıçaq çıxartdı

Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088

Oxşar yazılar