Abşeronda silah satmaq istəyən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında tədbir keçiriblər. Nəticədə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbəsi sakini 31 yaşlı Qasımbala Balayev saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Polis Bölməsində toplanan material Abşeron rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.