9 yaşlı uşaq atasına görə polisi baltaladı
12 oktyabr 2023 10:43 (UTC +04:00)

9 yaşlı uşaq atasına görə polisi baltaladı

Başqırdıstanda doqquz yaşlı uşaqla qarşıdurmada polis əməkdaşı yaralanıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Rodina kəndində baş verib. 37 yaşlı kişi kibercinayətkarlıqla bir şəxsin kartından on min rubl oğurlayıb. Polis tez bir zamanda şübhəlini müəyyən edib və nəzarətə götürüb.

Mənzildə həmin şəxs polis bölməsinə getməkdən imtina edərək, Daxili İşlər Nazirliyinin əməkdaşlarının binanı tərk etmələri üçün onlara balta ilə hücum edib. 

Buna baxmayaraq, kişi saxlanılıb. Bunu doqquz yaşlı oğlu görüb və o, ikinci baltanı götürərək, baş leytenantı vurub.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3732
avatar

Oxşar yazılar