Türkiyədə 82 yaşlı qadın qətlə yetirilib.
Lent.az yerli mediaya istinadən bildirir ki, hadisə Afyonkarahisar şəhəri Bolvadin qəsəbəsində baş verib. Qohumlar evdə Sıddıka Aysalını yerdə uzanıqlı halda hərəkətsiz aşkar edərək, təcili tibbi yardım çağırıblar.
Həkimlər qadının öldüyünü müəyyən ediblər. Məlum olub ki, Sıddıka Aysal 25 bıçaq zərbəsi ilə öldürülüb.
Polisin keçirdiyi əməliyyat tədbirləri ilə qadını Alzheimer xəstəsi olan əri 89 yaşlı G.A.nın öldürdüyünü müəyyən edilib.
Hadisəni törədən şəxs saxlanılıb.