Kareliyanın Berezovka qəsəbəsində dəhşətli faciə baş verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, orada 81 yaşlı təqaüdçünü təsadüfi yoldan keçən şəxs zorlayaraq vəhşicəsinə öldürüb.
İstintaqın məlumatına görə, 30 yaşlı kişi 81 yaşlı qadını zorlayıb, daha sonra zərərçəkmişi döyərək öldürüb. Təqaüdçü açıq kəllə-beyin travmasından dünyasını dəyişib.
Cinayətkar tutulub. O, günahını etiraf edib və deyib ki, həmin gün qonşu mənzildə dostları ilə olub və içki içib. Evə getməyə hazırlaşanda aşağıda mərtəbədəki açıq qapıdan keçməyə qərar verib.